Depozit hərracının nəticələri açıqlanıb Depozit hərracının nəticələri açıqlanıb

Mərkəzi Bank 100 milyon manat cəlb edib

Depozit hərracının nəticələri açıqlanıb

Azərbaycan Mərkəzi Bankı (AMB) vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracının nəticələrini açıqlayıb.

AMB-dən AzNews.az-a verilən məlumata görə, fevralın 26-da Mərkəzi Bank tərəfindən 28 gün müddətinə vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş depozit hərracında tələb 617,6 milyon manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 5,51 faiz təşkil edib.