Hesabat dövründə tütün və tütün məmulatlarının idxalı ümumi idxalın 0,8 %-ni təşkil edib Hesabat dövründə tütün və tütün məmulatlarının idxalı ümumi idxalın 0,8 %-ni təşkil edib

Azərbaycan tütün idxalına çəkdiyi xərci 27 % azaldıb

Hesabat dövründə tütün və tütün məmulatlarının idxalı ümumi idxalın 0,8 %-ni təşkil edib

2020-ci ildə Azərbaycana 85,512 milyon ABŞ dolları dəyərində tütün və tütünün sənaye əvəzediciləri idxal edilib.

Dövlət Gömrük Komitəsindən AzNews.az-a verilən məlumata görə, bu, 2019-cu illə müqayisədə 31,617 milyon dollar, yaxud 27 % azdır.

Hesabat dövründə tütün və tütün məmulatlarının idxalı ümumi idxalın 0,8 %-ni təşkil edib.

Ötən il Azərbaycandan 14,693 milyon dollar dəyərində tütün və tütünün sənaye əvəzediciləri ixrac edilib ki, bu da əvvəlki ilə nisbətən 639 min dollar və yaxud 4,2 % azdır.

Tütün və tütün əvəzedicilərinin ixracı ölkənin ümumi ixracının 0,1 %-nə bərabər olub.