- Pullu iş
- 26 Yanvar 2021 09:15
- 7 802
Dövlət Radiotezliklər İdarəsi auditor seçir
Tenderin nəticəsi fevralın 18-də açıqlanacaq
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Radiotezliklər İdarəsi 2020-2022-ci illər üzrə maliyyyə təsərrüfat fəaliyyətinin auditi üçün açıq tender elan edib.
AzNews.az xəbər verir ki, tenderdə iştirak haqqı 500 manatdır.
İddiaçılar ilkin sənədləri fevralın 9-u, saat 11:00-a qədər, tender təklifi və onun dəyərinin 1%-i qədər bank təminatını isə fevralın 17-i, saat 11:00-a qədər dövlət satınalmalarının vahid internet portalı vasitəsi ilə təqdim edə bilərlər.
Tenderin nəticəsi fevralın 18-də, saat 11:00-da portalda açıqlanacaq.