"10 konteyner Bakıdan Gürcüstana, üçü isə Türkiyəyə yola salınacaq" "10 konteyner Bakıdan Gürcüstana, üçü isə Türkiyəyə yola salınacaq"

Çin bu il Azərbaycana 50 konteyner qatarı yola salacaq

"10 konteyner Bakıdan Gürcüstana, üçü isə Türkiyəyə yola salınacaq"

Çinin Tsindao şəhərindən Bakıya ikinci konteyner qatarı yola düşüb.

Bu barədə "ADY Container" MMC-dən bildiriblər.

Qeyd olunur ki, qatar 51 ədəd 40-futluq konteynerdən ibarətdir.

Qatar Aktau limanına çatandan sonra konteynerlər Bakıya "ADY Container"in operatoru olduğu gəmi ilə Bakıya çatdırılacaq.

Şirkətdən bildiriblər ki, yüklərin böyük hissəsi Azərbaycan üçün nəzərdə tutulub:

"10 konteyner Bakıdan Gürcüstana, üçü isə Türkiyəyə yola salınacaq. Biz ilin sonunadək Çin-Azərbaycan marşrutu ilə 50 konteyner qatarının yola salınmasını planlaşdırırıq".(trend)

Aznews.az