Nazir "Twitter" hesabında yazıb Nazir "Twitter" hesabında yazıb

Mikayıl Cabbarov yeni rəqəm açıqladı

Nazir "Twitter" hesabında yazıb

Bu ilin yanvar-mart aylarında qeyri-neft məhsullarının ixracı ötən ilin müvafiq dövrü ilə müqayisədə 16,4% artaraq 501,6 mln. ABŞ dolları təşkil edib.

Aznews.az xəbər verir ki, bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter" hesabında yazıb.

Nazir bildirib ki, bu, Azərbaycan iqtisadiyyatının pandemiya dövründə də dayanıqlığının göstəricisidir.

"2021-ci ilin yanvar-mart ayları üzrə qeyri-neft ixracının həcmi müstəqillik illərinin analoji dövrü ilə müqayisədə rekord göstəricidir. Bu ilin ilk 3 ayında qeyri-neft məhsullarının ixracı ilk dəfə olaraq 500 mln. dolları ötüb", - nazir qeyd edib.

AzNews.az