“Heç kim mənə dəstək olmadı” “Heç kim mənə dəstək olmadı”

“19 yaşımda məni zorladılar” - Məşhur müğənni

“Heç kim mənə dəstək olmadı”

Məşhur müğənni Lady Gaga dünən qatıldığı “Hollywood qadınları” adlı tədbirdə məruz qaldığı təcavüzdən danışıb.

AzNews.az xarici mətbuata istinadla xəbər verir ki, “Hollywood qadınları” tədbirinə dünyaca məşhur bir çox müğənni qatılıb. Onların arasında 32 yaşlı müğənni Lady Gaga da olub. Səhnəyə Jennifer Lopezdən sonra çıxan müğənni deyib: “19 yaşım olanda cinsi zorakılığa məruz qaldım. Hələ də onun kim olduğunu deməyə cəsarətim yoxdur. Çox gənc idim. Təcavüzə məruz qaldıqdan sonra çox dəyişdim. Heç kimə deyə bilmədim, özümdən qaçdım. Və bu gün belə başıma gələn bu hadisədən utanıram. O zaman heç kim mənə dəstək olmadı”.

Nigar CƏFƏR

AzNews.az