Cavanşir Məmmədov: "O gündən bəri Orxanın sifəti məndən döndü". Cavanşir Məmmədov: "O gündən bəri Orxanın sifəti məndən döndü".

Əməkdar artist: “Orxan İlhamə Quliyevanı aldadıb” - Video

Cavanşir Məmmədov: "O gündən bəri Orxanın sifəti məndən döndü".

Əməkdar artist Cavanşir Məmmədov mərhum xalq artisti İlhamə Quliyevanın hazırda həbsdə olan oğlu Orxan Nadirovun dələduzluğundan danışıb.

AzNews.az xəbər verir ki, ATV-nin “Bizimləsən” verilişində qonaq olan sənətçi, Orxan Nadirovun İlhamə Quliyevanı ev alarkən aldatdığını deyib:
“İlhamə xanımın evini Orxan maklerlə 350 minə danışmışdı. İlhamə xanım mənə zəng vurdu, dedi ev qəşəngdi. Dedim tələsmə, toydayam, gəlib evin sahibini taparam.

Gecə ilə binanın komendatını tapdıq. Soruşdum, dedi 350 minə deyirlər, amma qiyməti endirmək olar. Evin sahibini tapıb hamılıqla görüşdük. İlhamə xanıma dedim ki, gözün məndə olsun. Mənim heç kəsə inamım yoxdur. Makler məni çəkdi kənara, dedi ki, ortada 30 min pul var, adama 10 min bölərik. Dedim, necə böləcəyinizi özünüz bilərsiniz, amma pul sənə çatmayacaq. Dedim, Orxan, bu yola necə gedirsiniz?..

Evi 320 minə aldıq. O gündən bəri Orxanın sifəti məndən döndü”.

Qeyd edək ki, xalq artisti İlhamə Quliyevanın oğlu Orxan Nadirov həbs edilib. O, dələduzluqda ittiham olunur.



Bahar RÜSTƏMLİ
AzNews.az