“Sadəcə qolundan tutmuşam” “Sadəcə qolundan tutmuşam”

Məşhur müğənnini döyən sevgilisi açıqlama verdi

“Sadəcə qolundan tutmuşam”

Türkiyəli aktyor Ahmet Kuraldan müğənni sevgilisi Sılanı döydüyü barədə iddialar cavab verib.

AzNews.az xəbər verir ki, məhkəməyə müraciət edərək, Ahmet Kural üçün uzaqlaşdırma cəzası alan Sıla İnstagram səhifəsində “Heç bir cəza mənim yaşadıqlarımı silib aparmayacaq”, - deyə yazıb. Bunun ardından Ahmet Kural İnstagramda video paylaşıb: “Aramızda böyüdülən qədər heç bir problem olmayıb. Mübahisə edirdik, sadəcə qolundan tutmuşam. Bundan başqa heç bir iddianı qəbul etmirəm”.

Qeyd edək ki, Sıla və Ahmet Kural cütlüyü 8 aylıq ayrılıqdan sonra yaxın günlərdə barışıb.

Nigar CƏFƏR

AzNews.az