Məşhur müğənninin anasının evindən bir milyonunu oğurladılar - FOTO

Oğrular Ankarada polis tərəfindən tutulub.

Rejissor Mahsun Kırmızıgülün anası Faiqə Arıkın evi soyulub.

Evdə qulluqçu işləyən türkmənistanlı qadın Müyəssər əri Şərsatla birlikdə 1,5 milyon lirə pul və zinət əşyalarını oğurlayaraq ölkədən qaçmaq istəyib. Oğrular Ankarada polis tərəfindən tutulub. Şübhəlilər evdən 66 min dollarlıq iki ədəd mobil telefon, 300 qram qızıl, 130 min dollar, 5 min avro, 45 müxtəlif qızıl əşyası götürüblər.

Müyəssər Mahsunun anasının evində 2 həftə əvvəl işə başlayıbmış. (oxu.az)

AzNews.az

image description image description