Şair “Kiçikdən-böyüyə” layihəsinin növbəti qonağı olub Şair “Kiçikdən-böyüyə” layihəsinin növbəti qonağı olub

Baba Vəziroğlu: Saat 5-də dururdum ki, qonşu kəndə məktəbə gedim - VİDEO

Şair “Kiçikdən-böyüyə” layihəsinin növbəti qonağı olub

ARB Günəş-in “Kiçikdən-böyüyə” layihəsinin növbəti qonağı şair Baba Vəziroğlu və oğlu 9 yaşlı Kamal olub.

Baba Vəziroğlu övladının suallarını cavablandırıb. Şair məktəb illərindən danışıb:

“Uşaq olanda insanın dərs oxumaqdan başqa heç bir qayğısı olmur. Amma böyük olanda bütün qayğılar ancaq sənin çiynində olur. Mən hər səhər saat 5-də, 6-da dururdum. Çünki qarda, yağışda, palçıqda oxumaq üçün qonşu kəndə gedirdim. İndi sizin bütün kitablarınız var. O zaman biz heç kitab tapa bilmirdik”.

Qeyd edək ki, “Kiçikdən-böyüyə” verilişi hər həftənin cümə günü saat 18:45-də “ARB Günəş”in efirində yayımlanır.

AzNews.az