“Mən hardan bilim ki, kim harda oturub?” “Mən hardan bilim ki, kim harda oturub?”

Flora Kərimova nazirin yerində oturmasından danışdı: “İcazə vermərəm ki…”

“Mən hardan bilim ki, kim harda oturub?”

Bunu AzNews.az-a açıqlamasında xalq artisti Flora Kərimova mərhum aktrisa Amaliya Pənahova ilə vida mərasimində protokol qaydalarını pozması haqda xəbərlərdən danışarkən deyib.

“Mən zala girəndə həmin yer boş idi. Məni Amaliya xanımın aktyorunun biri qarşıladı, gətirib orda otuzdurdu. Belə böhtana cavab vermək lazımdır. Mənim tərbiyəmi belə yolla tapdalamaq istəyirlərsə, onda mən məsələni məhkəmə müstəvisində həll edəcəyəm. Ya üzr istəsinlər, ya da bunu yayan saytı məhkəməyə verəcəyəm. Bu, mənim həm namusuma, həm tərbiyəmə əməlli-başlı həqarətdir. Heç kimə heç nəyi keçməyəcəyəm, axıra kimi gedəcəyəm. Mənə sataşmasınlar. Məhkəmədə onların qarşısına bütün çəkilişləri qoyacağam. Mən necə nazirin yerində otura bilərəm? Onun sonuncu çıxışını alqışladılar və hamı cənazənin arxasınca zaldan bayıra çıxdı. Mən hardan bilim ki, kim harda oturub? Mənim nazirə çox böyük hörmətim var. Cənazə səhnədən çıxandan sonra nazir gəlib harda oturmalıydı?

Mənə sataşmasınlar. Mən divarı alnımla deşən adamam, icazə vermərəm ki, kimsə mənəviyyatıma toxunsun”.

Qeyd edək ki, mərhum aktrisa Amaliya Pənahovanın vida mərasimində xalq yazıçısı Elçin Əfəndiyevlə xalq artisti Flora Kərimova arasında anlaşılmazlıq yaşanıb. Buna səbəb isə vida mərasiminə gec qatılan F. Kərimovanın yazıçının yanında əyləşməsi olub.

“Unikal.org”un məlumatına görə, xalq artisti Flora Kərimova vida mərasimində protokol qaydalarını pozub. Belə ki, F.Kərimova mərasimə gec gəldiyindən çıxış üçün səhnəyə gedən mədəniyyət naziri Əbülfəs Qarayevin yerində əyləşib.

Bahar RÜSTƏMLİ
AzNews.az