“Ən çox Novruzun qardaşından şübhələnirik" “Ən çox Novruzun qardaşından şübhələnirik"

Xanəndələrin ölümü ilə bağlı şok faktlar üzə çıxdı: “Dostunu öldürüb, özü də suda boğulub”

“Ən çox Novruzun qardaşından şübhələnirik"

Bir neçə müddət öncə Bərdədə xanəndələrin dəhşətli ölümü ilə bağlı yeni detallar məlum olub.

AzNews.az xəbər verir ki, bu barədə qətlə yetirilən xanəndə Miryusif Mirizadənin yaxın qohumu, əməkdar artist Səbuhi İbayev “Xəzər” televiziyasının “5/5” verilişində qonaq olarkən deyib.

O, bildirib ki, Novruz Hüseynov Miryusifi qardaşı ilə əlbir olaraq öldürüb:

"Hələ ki, istintaq gedir. Qətlə yetirən evdən pul oğurlayıb, gəlib maşın alıb. Günahı Miryusifdə görüblər. Nə edibsə, qardaşı ilə ediblər. Rayondakı qardaşı qəbul etməyib bu qardaşının (Novruz Hüseynov) maşın almağını. İki qardaş əlbir olub öldürüblər. Miryusifə nəsə deyiblər, orada aralarında nə söhbət olubsa, ikisi öldürüblər onu. 30 yaşı 3 gün qabaq tamam olmuşdu.

O, Miryusifi öldürdükdən sonra özünü öldürməyib. Axşam izi itirmək üçün rəhmətliyi harasa aparmaq istəyirmiş. Yolda maşın aşıb. O, onda ölməyib. Maşın aşandan sonra, yol polisləri gəlib. Qorxusundan istəyib kanalı keçə, keçə bilməyib, batıb. Ən çox Novruzun qardaşından şübhələnirik".

Xatırladaq ki, avqustun 1-də xanəndə Novruz Hüseynovun meyiti Qarabağ su kanalının Ağcəbədi rayon ərazisindən keçən hissəsində aşkarlanıb. Yol qəzasında öldüyü deyilən xanəndə Miryusif Mirizadənin isə dostu Novruz Hüseynov tərəfindən qətlə yetirildiyi məlum olub. N.Hüseynov dostunu 14 bıçaq zərbəsi ilə öldürdükdən sonra özünü Qarabağ su kanalına ataraq intihar etdiyi deyilirdi. Onun meyiti hadisənin baş verdiyi ərazidən 5 km aralıda, Ağcabədi rayonunun Qiyaməddinli kəndi ərazisində tapılıb.

Məsələ ilə bağlı Novruz Hüseynovun qardaşı Elçin Hüseynov da istintaqa cəlb olunub.

AzNews.az