Tanınmış müğənni metroda gediş haqqının məbləğini bilmir... Tanınmış müğənni metroda gediş haqqının məbləğini bilmir...

“Azəri Günel”in bu açıqlaması aparıcını təəccübləndirdi

Tanınmış müğənni metroda gediş haqqının məbləğini bilmir...

“Azəri Günel” kimi məşhurlaşan müğənni Günel Zeynalova Azərbaycanda metroda gediş haqqı ilə bağlı maraqlı açıqlama verib.

AzNews.az xəbər verir ki, sənətçi "ATV maqazin onlarla" verilişinin "Onlarla 3 dəqiqə" rubrikasının qonağı olub. 33 sualdan birinin cavabı aparıcı Ruslan Ağayevin təəccübünə səbəb olub.

Aparıcının “metrodan çıxdınız, nə qədər gediş haqqı ödədiniz” sualına Günelin cavabı belə olub: “Deyəsən 2 manat”.

Günel növbəti suallara cavab verərkən ən zəif yeri ailəsi olduğunu deyib.

Bahar RÜSTƏMLİ
AzNews.az