Maniken Özlem Yıldız keçmiş həyat yoldaşı Mehmet Ali Erbil haqqında danışıb. Maniken Özlem Yıldız keçmiş həyat yoldaşı Mehmet Ali Erbil haqqında danışıb.

“İncitsə də, ağlatsa da, o mənim qiymətlimdir” – şoumenin keçmiş həyat yoldaşı

Maniken Özlem Yıldız keçmiş həyat yoldaşı Mehmet Ali Erbil haqqında danışıb.

AzNews.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Kanal D-də yayımlanan “2.Sayfa” verilişinə qonaq olan Özlem Yıldız Mehmet Ali Erbil haqqında bu sözləri deyib: “Hər gün onun sağalması üçün dua edirəm. Allah onu övladlarının üstündən əskik etməsin. Məni incitsə də, ağlatsa da, qiymətlimdir. Mənə deyirlər, çox ağır günlər yaşadıb sənə, niyə gedirsən yanına? Deyirəm, üstündən 20 il keçib, hansımız olduğumuz kimi qalmışıq? Tezliklə sağalsın”.

Qeyd edək ki, Mehmet Ali Erbil və Özlem Yıldız 1998-ci ildə evlənib daha sonra boşanıblar.

Nigar CƏFƏR

AzNews.az