Sosial şəbəkə istifadəçiləri Zərnigar Ağakişiyevanı tanımadılar Sosial şəbəkə istifadəçiləri Zərnigar Ağakişiyevanı tanımadılar

Zərnigar Ağakişiyevanı Zaurun anası bildilər - FOTO

Sosial şəbəkə istifadəçiləri Zərnigar Ağakişiyevanı tanımadılar

“Xəzər” televiziyasının məşhur aparıcısı Zaur Kamalın anası ilə mərhum aktrisa, xalq artisti Zərnigar Ağakişiyeva dəyişik salınıb.

AzNews.az xəbər verir ki, aparıcı Zaur Kamal "instaqram" səhifəsində xalq artisti, mərhum sənətkar Zərnigar Ağakişiyeva ilə birlikdə olan fotosunu paylaşıb və altından “Zaurun anası” şərhini yazıb. Sosial şəbəkə izləyiciləri isə onun altından “Allah ananıza can sağlığı versin, Allah qorusun” kimi şərhlər yazıblar.

Zaur Kamal “Zaurun anasi” şərhini yazanda “Təhminə və Zaur” filmindəki Zaurun anası obrazını canlandıran “Zivər” xanımı nəzərdə tutub.

Посмотреть эту публикацию в Instagram

Публикация от I Zaur Official (@zaurkamal) 18 Ноя 2018 в 11:43 PST

Bahar RÜSTƏMLİ
AzNews.az