"Ona dedim ki, başına qoyduğun tacı çıxart, onun yerinə bir az ağıl qoy" "Ona dedim ki, başına qoyduğun tacı çıxart, onun yerinə bir az ağıl qoy"

“Elza hardan hara gəldiyini unutmasın” - Nazpəri Dostəliyeva

"Ona dedim ki, başına qoyduğun tacı çıxart, onun yerinə bir az ağıl qoy"

"Birinə deyir sən sement qarışdıransan, birinə deyir mələyirsən, birinin çıxışına münasibət bildirərkən gah deyir şir kimi gəlmisən, digərinə keçi kimi mələyirsən. Bu, etik görünmür"

Sənət adamlarının münasibətlərində zaman-zaman incikliklər, qalmaqallar, soyuqluqlar yaşanır. Bəzən bu incikliklər uzun illərə söykənir, bəzən də düşmənçiliyə çevrilir. Son dönəmlər Əməkdar artist Elza Seyidcahanın bir çox həmkarları ilə aralarında müxtəlif səpkili qalmaqalları yaşanıb. Elza Seyidcahanın nədən sənət aləmində olanlara bu qədər bəzən sərt, bəzən mənasız atmacalar atmasının səbəbi hələ də tam aydın deyil.

Müğənni bu taktikası ilə gündəmdə qalmağa çalışır, ya özünü sənət aləminin hegemonu kimi göstərib statusunun güclü olduğunu iddia edir, bunu deyə bilmərik. Bildiyimiz, gördüyümüz isə odur ki, Elza Seyidcahan çatana çatır, çatmayana da daş atmağa çalışır. Amma bəzən gücü çatmayacaq daşı qaldırmaq da ağılsızlıq olur. Çünki o daş qalxıb adamın öz başını yara bilər. Nə isə... Elza Seyidcanın məqsədi hələ tam aydın olmasa da, real olan bir məqam var ki, Elza Seyidcahan sonuncu dəfə Xalq artisti Nazpəri Dostəliyeva ilə qalmaqal yaratmağa çalışdı. O Nazpəri Dostəliyeva ki, səs diapazonu, yaradıcılıq imkanları, sənəti ilə səhnəmizdə olan bir çox müğənnilərə meydan oxuya biləcək sənətkar gücünə sahibdir. Deməli, Elza Seyidcahan, «O Səs Azərbaycan» müsabiqəsində Xalq artisti Nazpəri Dostəliyevaya «Sən mənim tələbəm olmusan» sözlərini deyib. Elə Xalq artisti ilə Elza arasındakı söz-söhbətə səbəb də bu olub.

Xalq artisti Elza Seyidcahanın bu məntiqsiz və əsası olmayan fikrinə sadəcə gülümsəyərək cavab verməklə məkanı tərk edib. Baş verənlərlə bağlı Xalq artisti Nazpəri Dostəliyeva «Şərq»ə açıqlama verib.
Müğənni qalmaqal yaşadığı Əməkdar artist Elza Seyidcahan haqda danışıb. O, Elzanın "Sən mənim tələbəm olmusan" sözlərini ələ salaraq «Bu barədə danışmağı belə özümə yaraşdırmıram. Çünki onun dediklərinə yalnız gülərək cavab verdim. Başqa bir reaksiya verə bilməzdim. Başqa nə deyəydim. Hər kəsin sənəti göz qabağındadır. O yazıq bir şeyi unudur ki, mən professional sənətə gələndə Elza adlı biri sənət aləmində olmayıb. Çox söz deyə bilərəm, amma yenə insanlığımdan susuram. Sadəcə insan keçmişini unutmamalıdır. Bir dünəninə bax, kim olduğunu xatırla. Sən pis gündə olanda mənim qapımı döyürdün. İnsan dilinə gətirdiyi hər kəlməsini məntiqlə söyləməlidir. Əvvəla, onun mahnısı oxuyan hər Əməkdar artist, xalq artistini tələbəsi hesab edirsə, bu onun psixoloji durumunun necə olduğunu göstərir. Bu, nə qədər əsassız və absurd səslənir? Qaldı o mənim qapıma 16 il əvvəl gələndə kimsə onu tanımırdı. Mən ona dəstək olanda artıq Əməkdar artist Nazpəri Dostəliyeva olaraq var olmuşam. Elza o sözləri deyəndə özünü nə qədər gülünc vəziyyətə qoyduğunun yəqin ki, fərqində deyildi. Amma çox gülünc vəziyyətdə göründü. Belə insanlara yazığım gəlib. O dönəmlər də məndən kömək istəyəndə, deyəndə ki, nə olar, mənim mahnılarımı oxuyun, tanınım, yazığım gəldi. Ona, anasına ürəyim yandı, kömək etdim, mahnısını oxudum, hələ qəşəng pul da xərclədim ki, mahnını aranjiman etdirim. Mən Elzanın vəziyyətini gördüm. Ürəyim dözmədi, yazığım gəldi, dəstək oldum. Yəqin bunları unudub. Bir də insan nə qədər təkəbbürlü olacaqsa, o qədər cılız görünəcək. Hər birimiz gənc olmuşuq. Sənətdə təzə addımını atanları niyə özümüzdən aşağıda görməliyik? Əksinə, gənclərə dəstək olmaq lazımdı. Əgər bu gün münsif kimi kresloda oturmuşuqsa, bu o demək deyil ki, müsabiqəyə qatılanları təhqir etməliyik. İradları mədəni şəkildə də demək mümkündür, məsləhətləri sakit tonla da dilə gətirmək olar. Elza kənardan özünü görə bilmir yəqin. O, münsif kimi çığırır, təhqiramiz sözlərlə onların qəlbini qırır. Birinə deyir sən sement qarışdıransan, birinə deyir mələyirsən, birinin çıxışına münasibət bildirərkən gah deyir şir kimi gəlmisən, digərinə keçi kimi mələyirsən. Bu, etik görünmür. Səhnə mədəniyyəti olan sənətkar bunu özünə yaraşdırmamalıdır. Uşaqları təhqir edir, mən pis oluram, ürəyim sıxılır. O uşaqlara imkan, fürsət düşüb ki, istedadlarını göstərsinlər. Biz onlara dəstək olmalıyıq. Münsif olmaq heç kimə o ixtiyarı vermir ki, gələn iştirakçını təhqir etsin. İnsanın şəxsiyyətini alçaltmağa heç kimin haqqı yoxdur. İndiyə qədər susmuşam. Yenə danışan deyildim. Sadəcə orda ona bir söz dedim. Dedim ki, Elza, sən başına qoyduğun tacı başından çıxart, onun yerinə bir az ağıl qoy. Onda daha gözəl görünərsən. Ağılsız başda tac da sönük, mənasız görünür. Elza yaxşı olar ki, hardan hara gəldiyini yadına salsın. Mənim qapıma gəldiyi günləri bir də yadına salıb yaddaşını təzələsin. Bilirsiniz ki, mən sənətdə olduğum gündən heç vaxt adımın ucuz qalmaqallarda hallanmasını istəməmişəm. Bunu özümə yaraşdırmamışam. Gündəmdə olum deyə kiməsə söz atmamışam. Görünür, Elza sənəti ilə diqqət çəkə bilmədiyindən, gündəmdə qalmaq üçün bu cür ucuz şoularla adını yada salmağa çalışır. Bu kimi ucuz üslublardan istifadə edərək sənətdə qalmaq ona xoş ola bilər. Kənardan çirkin görünür. Kənardan bizi izləyən tamaşaçı baxışı var. Ona görə də sənətdə olan hər kəs hal və davranışlarına diqqət yetirməyə borcludur. Elza bir az hərəkətlərinə düzən versin. Ümumiyyətlə, sənət aləmində indi xaos yaşanır. Bu gün sənət aləmində böyük-kiçik yeri itib. Biz başqa tərbiyə ilə yaşamışıq, yerimizi bilmişik. İndi çatan deyir məndən yoxdu, ulduzam, sənətkaram, ustadam. Amma sənətə gələn gənclər arasında istedadı, qabiliyyəti, səviyyəsi, mədəniyyəti ilə seçilənlər də var. Mən özümə qarşı gənclərdən hər zaman hörmət görmüşəm. Böyük öz böyüklüyünü bilməsə, kiçik ona dəyər verə bilməz. Bu gün yerindən duran özünə ustad deyə bilər. Ona görə də səhnəmiz səliqəsiz görünür».(sherg.az)

© AzNews.az