Rusiyalı aktrisaları siz də tanıyın: Gənc və gözəldirlər - FOTO

Bəlkə yaxın zamanlarda onları kinoteatrlarda görəcəksiniz.

Rusiyanın müasir aktrisalarının əksəriyyətinin heç 30 yaşı yoxdur. Onlar gənc, gözəl və istedadlıdırlar. Bu baxımdan onların sifətlərinə diqqətlə baxın. Bəlkə yaxın zamanlarda onları kinoteatrlarda görəcəksiniz.

AzNews.az rusiyalı aktrisaların bir neçəsini sizinlə tanış edir:

Yuliya Frants - 28 yaşı var. O, “Univer” serialında gözəl qadın rolunu oynayıb.

Aqniya Ditkovskite - 30 yaşı var. O, daha çox dramatik rollarda yer alır. Aqniyanın aktyor Aleksey Çadovla qalmaqallı sevgisi haqda bütün Rusiya xəbər tutub. Onun ən yaxşı rolu “Viy” filmində oynadığı rol sayılır.

Lyubov Aksyonova – 28 yaşı var. O, “Major” filmində populyarlıq qazanıb.

Aqlaya Tarasova – 24 yaşı var. O, kinoda ən çox dəli qızların rolunu oynayır.

Aleksandra Bortniç – 23 yaşı var. O, “Vikinq” filmində uğur qazanıb.

Babək Göyüş

© AzNews.az

image description image description image description image description image description image description image description image description image description