"Düşündüm ki, ondan sonra necə yaşayaram?" "Düşündüm ki, ondan sonra necə yaşayaram?"

“4 gün dəniz kənarında qaldım” - Tacir hönkür-hönkür ağladı - VİDEO

"Düşündüm ki, ondan sonra necə yaşayaram?"

Dənizdə batan qardaşını fotolarını canlı efirdə görən müğənni Tacir Şahmalıoğlu hönkür-hönkür ağlayıb.

AzNews.az xəbər verir ki, müğənni ATV televiziyasında “Şou ATV” proqramında qonaq olarkən mərhum qardaşının dənizdən çıxarılmasından danışıb:

“4 gün dəniz kənarında qaldım. Gözlədim…Qorxurdum ki, qardaşımı tapmaram. Düşündüm ki, ondan sonra necə yaşayaram? O qorxudan da şəkər xəstəliyini tapdım. İkinci günü dalğıc paltarını geyinib, dənizə girdim. Dənizin altında qardaşımı axtardım, tapmadım. 4-cü günü meyiti çıxdı”.

Bahar RÜSTƏMLİ
AzNews.az