Mərasimdə iştirak edən kişilər haqqında niyə danışılmır? Mərasimdə iştirak edən kişilər haqqında niyə danışılmır?

Hadisədən sərt açıqlama: Azad ölkəyik, hamı şərh yaza bilər - "ancaq lağ etməyin, təhqir yazmayın"

Mərasimdə iştirak edən kişilər haqqında niyə danışılmır?

“45-ci Altın Kelebek” mükafat mərasimində geydiyi paltara görə müzakirələrə səbəb olan Hadisə tənqidlərə cavab verib.

AzNews.az Türkiyə mediasına istinadən xəbər verir ki, paltarına 40 min lirə xərclədiyini deyən Hadisə müzakirələrə “İnstagram” hesabından həm ingiliscə, həm də türkcə cavab verib:

“Diqqətimi çəkən bir məsələni sizinlə paylaşmaq istəyirəm. Qadınların qadınlara yazdığı bu iyrənc şərhlər niyə? Bir mükafat mərasimi oldu. Hamı içində xoşbəxt olduğu paltarı geyindi. Bəyənməmək, müzakirə etmək ayrıdır. Heç kim bəyənmək məcburiyyətində deyil, amma niyə həmişə qadın sənətçilərdən, aktyorlardan danışırıq?

Mərasimdə iştirak edən kişilər haqqında niyə danışılmır?.

Kişilərin göbəkləri, tökülən saçları, geyindiyi paltarlar haqqında iyrənc şərhlər heç görmədim. Qadın olaraq bir-birimizi təhqir etməkdən əl çəkib dəstəkləməyə başlayanda güclü olacağıq. Azad ölkəyik, hamı şərh yaza bilər, ancaq lağ etməyin, təhqir yazmayın. Qadına şiddətə yox dediyimiz ən ağır dövrdə qadınlar bu şiddəti başqa qadınlara göstərməsinlər. Artıq buna “dayan” deməyin vaxtı gəlsin”.

Qeyd edək ki, modelyer Gülşah Saraçoğlu qonaq olduğu verilişlərin birində paltarın yaz üçün olduğunu bildirib, “Şlyapa olmayıb, sinəsi çölə çıxıb” deyib.

AzNews.az

image description