Coli bu inadkarlığı uşaqlarının onun himayəsinə keçməsi məqsədilə edir. Coli bu inadkarlığı uşaqlarının onun himayəsinə keçməsi məqsədilə edir.

Coli Bred Pitti müflis etmək istəyir

Coli bu inadkarlığı uşaqlarının onun himayəsinə keçməsi məqsədilə edir.

Hollivud ulduzu Ancelina Coli Bred Pittə qarşı məhkəmədə qaldırdığı iddianı sona kimi davam etdirmək və keçmiş həyat yoldaşına maddi cəhətdən böyük zərbə vurmaq niyyətindədir.

Bu haqda “The Hollywood Life” nəşri 43 yaşlı aktrisanın yaxın çevrəsindən olan məlumatlı mənbəyə istinadən informasiya yayıb.

Mənbənin sözlərinə görə, Coli bu inadkarlığı uşaqlarının onun himayəsinə keçməsi məqsədilə edir.

“Bred müharibənin başa çatdığını düşünürsə, çox yanılır, onu xoşagəlməz sürpriz gözləyir”, - deyə mənbə bildirib.

Xatırladaq ki, bu yaxınlarda Hollivudun keçmiş ulduz cütlüyü altı uşağın qəyyumluğu ilə bağlı iki ilə yaxın davam edən məhkəmə çəkişməsi fonunda ortaq razılaşmaya gəlib. Razılaşmaya əsasən, 54 yaşlı Pitt övladları ilə faktiki olaraq Ancelina Colinin keçirdiyi qədər vaxt keçirə biləcək.

“Sarı mətbuatın” yazdığına görə, bu razılaşma Colinin ürəyincə olmasa da, uşaqların səs-küylü məhkəmə prosesinə sürüklənməməsi üçün güzəştə getməli olub.

“Qəyyumluq uğrunda mübarizə uzun və çətin olub”, - deyə mənbə qeyd edir.

Nəşrin məlumatına əsasən, Coli yaxın zamanda birgə qəyyumluq haqqında razılaşmanı imzalamaq məcburiyyətindədir, belə ki, “sarı mətbuat” bu çəkişmədə daha çox Bred Pittin mövqeyini müdafiə edir.(oxu.az)

© AzNews.az