“Qardaşım hələ də reanimasiyadadır" “Qardaşım hələ də reanimasiyadadır"

Mehmet Ali Erbilin səhhəti necədir? - Bacısı danışdı

“Qardaşım hələ də reanimasiyadadır"

56 gündür reanimasiyada olan türkiyəli şoumen Mehmet Ali Erbildən xəbər var.

AzNews.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, 18 oktyabrda evində yıxılan Mehmet Ali Erbilin bacısı onun səhhəti haqqında öz İnstagram hesabında bunları paylaşıb.

“Qardaşım hələ də reanimasiyadadır. Oksigen aparatına bağlı vəziyyətdədir, bəzi hallarda aparatı çıxarırlar ki, özü nəfəs alsın. Tam danışa bilmir, harda olduğundan xəbəri var, amma olanları ona hələki danışmırıq. Səhhəti yaxşılığa doğru gedərkən bəzən geriləyə bilir. Buna görə də hər dəfə sizlərə xəbər verə bilmirik. Bizim canımız, qanımız, sizin evinizin dəcəl uşağıdır o. Ümid edirəm ki, yaxın günlərdə sizə yaxşı xəbər verə biləcəm”.

Qeyd edək ki, Mehmet Ali Erbil evinin hamam otağında yıxılaraq sinəsini əzib. Əməliyyatdan sonra isə 16 illik xəstəliyi “Qaçış sindromu” yenidən baş qaldırıb.

Nigar CƏFƏR

AzNews.az