"Biz sənətkarların səs telləri xəzinəmizdir". "Biz sənətkarların səs telləri xəzinəmizdir".

Tanınmış müğənni əməliyyat olundu - konsertləri ləğv edildi

"Biz sənətkarların səs telləri xəzinəmizdir".

Səs tellərindəki kistaya görə çətinlik yaşayan türkiyəli sənətkar Berdan Mardini təcili əməliyyata alınıb.

Həkim Fərhan Doğma tərəfindən həyata keçirilən əməliyyatdan sonra danışmağına icazə verilməyən müğənni yeni ilə qədər bütün konsert proqramlarını ləğv edib.

AzNews.az Türkiyə mediasına istinadən məlumat verir ki, müğənninin dərman müalicəsi 2-3 ay davam edəcək.

Evdə dincələn Berdan Mardini bildirib ki, Allah ona başqa xəstəlik verməsin:

“Bütün xəstələrə təcili şəfa diləyirəm. Biz sənətkarların səs telləri xəzinəmizdir. Hazırda dərman müalicəmiz 2-3 ay davam edəcək. Yeni ildən sonra səhnə işlərimizə qaldığımız yerdən tam sürətlə davam edəcəyik. Danışma qadağası çətin imiş. Müalicənin tez təsir göstərməsi üçün bu şərtdir”.

AzNews.az