Seda Ürən iddialı danışdı: "2019-cu il mənim ilim olacaq" Seda Ürən iddialı danışdı: "2019-cu il mənim ilim olacaq"

Türkiyəli müğənni yenidən səhnəyə qayıdır

Seda Ürən iddialı danışdı: "2019-cu il mənim ilim olacaq"

2013-cü ildə Ərcümənt Nəfəsoğlu ilə ailə həyatı quran müğənni Seda Ürən iki uşağı olduqdan sonra səhnəyə qayıdır.

AzNews.az Türkiyə mediasına istinadən xəbər verir ki, bir müddət səssizcə işləyən müğənni, yeni mahnısı üçün studiyaya üz tutub. Bununla bağlı sevincini jurnalistlərlə bölüşüb.

O, bildirib ki, səhnədə olmadığı müddət onun üçün çox gözəl vaxtlar olub:

“Bu müddətdə iki övladım dünyaya gəldi. Onlar yavaş-yavaş böyüyürlər. Artıq səhnəyə qayıtma vaxtı gəldi. 2019-cu ilə olduqca iddialı girirəm. Bu il mənim ilim olacaq”.

AzNews.az