"Hadisənin çox incidiyini oxudum". "Hadisənin çox incidiyini oxudum".

Stilist Hadisədən milyon dəfə üzr istədi - "Nə danışdığımı xatırlamıram"

"Hadisənin çox incidiyini oxudum".

Türkiyəli müğənni Hadisə televiziya proqramında anası Gülnihal Sayqının intihara təşəbbüs etdiyini deyən stilist Nur Yerlitaşa hirslənib.

O, Nur Yerlitaşın bu məsələni Türkiyə ilə bölüşdüyünü və buna görə onlardan üzr istəməli olduğunu bildirib.

AzNews.az Türkiyə mediasına istinadən məlumat verir ki, bu gün Kanal D-də yayımlanan “Müge və Gülşənlə 2-ci səhifə” proqramına telefonla qoşularan N. Yerlitaş bununla bağlı Hadisədən milyon dəfə üzr istədiyini bildirib.

Stilist bu sözləri deyib:

“Namusum üzərinə and içirəm ki, o canlı yayımda nə danışdığımı xatırlamıram. Avqust ayında əməliyyat olmuşam. Mən bir anayla bağlı pis nə deyə bilərəm ki? Bacısının davranışına hirslənmişdim. Bu doğrudur. Hadisənin çox incidiyini oxudum. Hadisədən üzr istədim. Bunu Seda Sayan da bilir.

Hadisə də mənə zəng vurub, üzr istədi. 3 həftə sonra nə oldu, o proqrama nə üçün qoşuldum, nə yaşadım, bilmirəm.

1 il yarımdır beyin xərçəngi olduğunu bilmirdim.

Hadisədən üzr istəyirəm. Acun Hadisənin mənə zəng vuracağını dedi. O qədər zərifdir ki, dəfələrlə üzr istəyirəm”.

AzNews.az