Ümumilikdə 300 minə yaxın pulu dələduzluq yolu ilə ələ keçirib... Ümumilikdə 300 minə yaxın pulu dələduzluq yolu ilə ələ keçirib...

Könül Kərimovanın oğlunu universitetə qəbul etdirən qadına - İş kəsildi

Ümumilikdə 300 minə yaxın pulu dələduzluq yolu ilə ələ keçirib...

Universitetə tələbə düzəltmək adı altında əməkdar artist Könül Kərimova və digər şəxslərə qarşı dələduzluqda təqsirləndirilən Məlahət Məmmədovanın cinayət işi üzrə məhkəmə prosesi davam edib.

AzNews.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə M. Məmmədovaya hökm oxunub.

Hakimlər kollegiyasının hökmünə əsasən Məlahət Məmmədova 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, prokuror çıxışında M.Məmmədovanın 6 il 9 ay 29 gün müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Qeyd edək ki, M.Məmmədova bir neçə şəxsin etibarından sui-istifadə edərək, ümumilikdə, 300 minə yaxın pulu dələduzluq yolu ilə ələ keçirib.

Cinayət işi üzər Azərbaycanın əməkdar artisti, müğənni Könül Kərimova da var.

İttiham aktına əsasən, M.Məmmədova müğənninin oğlu Rəşad Rəhimovu Rusiya universitetlərindən birinə qəbul etdirib, daha sonra Azərbaycan Dövlət İqtisad Universitetinə köçürtdürəcəyi vədi verib. O, bu işə görə, K.Kərimovadan, ümumilikdə, 32 min manat pul alıb.

Lakin sonradan verdiyi vədə əməl etməyib.

Şikayət əsasında həbs edilən Məlahət Məmmədova Cinayət Məcələsinin 178.3.2-ci ( külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə ittiham verilib.

Azər
AzNews.az