“Mars və Parsı alanda qulaqları kəsilmişdi". “Mars və Parsı alanda qulaqları kəsilmişdi".

Kıvanç öz itinin qulağını kəsib? - "Sübut etsinlər, aktyorluğu atacam"

“Mars və Parsı alanda qulaqları kəsilmişdi".

Türkiyənin məşhur aktyoru Kıvanç Tatlıtuğun itinə işgəncə etdiyi iddia edilib.

AzNews.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, tutuquşuna işgəncə verdiyi üçün dəlixanaya göndərilən “Master Chef” yarışmasının keçmiş iştirakçısı Murat Özdemirə reaksiyalar artarkən, bir qrup şəxs aktyor Kıvanç Tatlıtuğun öz iti "Mars"ın qulaqlarını yaraşıqlı görünsün deyə kəsdiyini iddia edib.

İddialara İnstagram profilində cavab verən Tatlıtuğ - “Mars" və "Pars"ı alanda qulaqları kəsilmişdi. Biz qeyri-qanuni işlər görmürük. Həm də insanların gözü qarşısında olan şəxslərik biz. Bunu iddia edən şəxslər əgər sübut etsə ki, Marsın qulaqlarını mən kəsmişəm, hal-hazırda fəaliyyət göstərdiyim aktyorluq sənətini atacam. Bunun da sözünü sizə verirəm” deyə yazıb.

Qeyd edək ki, “Master Chef” yarışmasının keçmiş iştirakçısı Murat Özdemir tutuquşunun boğazından sıxaraq onu videoya çəkib və öz İnstagram profilində paylaşıb.

Nigar CƏFƏR

AzNews.az