Aktrisa xərçənglə vidalaşıb Aktrisa xərçənglə vidalaşıb

“Toppuş bacı” aylardır bu xəbəri gözləyirdi: “Həkim analizin cavabına baxdı və...”

Aktrisa xərçənglə vidalaşıb

Xərçəng xəstəliyindən əziyyət çəkən, əməkdar artist Tünzalə Əliyevanın (“Toppuş bacı”) analizlərinin cavabı açıqlanıb.

AzNews.az xəbər verir ki, əməliyyatdan 3 ay sonra ondan götürülən qan nümunələrinin cavabına görə, aktrisa xərçənglə vidalaşıb:

“Sırağa gün ilk müayinəmə getdim. Turan xanım mənə baxanda dedi "ooo...". Qorxdum ki, ay Allah, görən nədir? Aylardır bunu gözləyirdim. Mən "Super" sözünü eşitdim. İlk baxışdan hər şey əla idi. Amma qabaqda MRT və qan analizləri var idi. Sonra getdim qan analizi və MRT-yə. MRT-nin cavabı 4 saat çəkdi. Doktor gəlib dedi: "Cavablar yaxşıdır, törəməniz yoxdur".

Qeyd edək ki, aktrisa uzun zamandır ki, xərçəng xəstəliyindən əziyyət çəkir. O, bununla bağlı Milli Onkologiya Mərkəzində iki dəfə əməliyyat olunub.

Bahar RÜSTƏMLİ
AzNews.az