“Bir ailə 5 min manat göndərib” “Bir ailə 5 min manat göndərib”

Zahid Sabirabadlının borcunu ödəmək üçün bu qədər pul yığılıb - Məbləğ

“Bir ailə 5 min manat göndərib”

Mərhum klarnet ifaçısı Zahid Sabirabadlının evinin satışa çıxarılmaması üçün 7 mindən çox pul toplanıb.

Bu barədə AzNews.az-a Zahid Qubadlı məlumat verib. Onun sözlərinə görə, yığılan maddi vəsaitin 5 min manatı bir ailə tərəfindən ödənilib:

“Verilişdən sonra məlumat gəldi ki, bir ailə 5 min pul göndərib. Bundan əlavə, 2 minə yaxın da sənət adamları tərəfindən ödənilib. Çox güman ki, bu gün artıq 13 min yığılacaq və Zahid qardaşımızın evi satılmayacaq”.

Qeyd edək ki, mərhum sənətçi Zahid Sabirabadlı sağlığında ipoteka krediti ilə ev alıb. Onun 27 mini ödənilsə də, 13 min manatı qalıb. Bank qalan vəsaitin ödənilməsi üçün mərhumun ailəsinə bir ay vaxt qoyub.

Bahar RÜSTƏMLİ
AzNews.az