Türkiyənin məşhur müğənnisi Murad Boz Türk Təhsil Vəqfinə 250 min TL pul bağışlayıb. Türkiyənin məşhur müğənnisi Murad Boz Türk Təhsil Vəqfinə 250 min TL pul bağışlayıb.

Murad Boz təhsil üçün 250 min bağışladı

Türkiyənin məşhur müğənnisi Murad Boz Türk Təhsil Vəqfinə 250 min TL pul bağışlayıb.

Bu barədə “Hürriyet” qəzetində məlumat verilib.

Bildirilib ki, idarənin direktor müavini Şenol Özdemir əvvəlcə bank hesablarına külli miqdarda maliyyə yatırıldığını öyrənib. O, daha sonra dəqiqləşdirmək üçün qeyd olunan nömrə ilə əlaqə saxlayıb. Məlum olub ki, həmin pulu Murad Boz göndərib.

Pop ulduz “Pulu əlbəttə Vəqfin hesabına göndərmişəm. Təhsilə bir qatqım olsun”- deyə telefonda bildirib.(qafqazinfo.az)

© AzNews.az