Bred Pittlə Şarliz Teron arasındakı sevgi romanı onu narahat etmir. Bred Pittlə Şarliz Teron arasındakı sevgi romanı onu narahat etmir.

Anjelina yenidən Lara Kroft kimi divara dırmandı - FOTO

Bred Pittlə Şarliz Teron arasındakı sevgi romanı onu narahat etmir.

Hollivud ulduzu Anjelina Coli yeni idman növü ilə məşğul olmağa başlayıb.

AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, 43 yaşlı aktrisa övladları ilə birlikdə Los-Ancelesdəki skalodroma üz tutub.

Divara dırmaşmağa başlayan aktrisanın sanki illər əvvəl canlandırdığı Lara Kroft obrazı yadına düşüb. O, yenə də məharətlə hündürlüyə dırmaşmağı bacarıb.

Anjelina idman mərkəzi üçün öz ənənəvi eleqant obrazından fərqli olaraq rahat, sadə bir idman geyimi seçib. Paparazzilərin çəkdiyi fotolardakı üz mimikasından da hiss olunur ki, Anjelina yenidən divara dırmanmağı bacardığı üçün özünü xoşbəxt hiss edir.

Deyəsən, Anjelina keçmiş həyat yoldaşı Bred Pittlə aktrisa Şarliz Teron arasındakı sevgi münasibətlərinə görə heç narahat deyil.

İnsayderlərin sözlərinə görə, ola bilsin ki, yaxın həftələrdə Bred Pitt yeni sevgilisi ilə övladlarını tanış eləsin. Amma cütlük rəsmi şəkildə münasibətlərinin olduğunu açıqlamayıb.

Fəridə Abdulla

AzNews.az

image description image description