Zorlamada şübhəli bilinir Zorlamada şübhəli bilinir

Bakıda konsert verən ulduz müğənni həbs edildi: Oteldə zorlama skandalı!

Zorlamada şübhəli bilinir

Amerikalı ulduz Kriz Braun (Chris Brown) Parisdə 2 nəfərlə birlikdə həbs edilib.

AzNews.az xəbər verir ki, bu barədə Reuters agentliyi məlumat yayıb.

Fransa polisindəki mənbədən bildirilib ki, onların hər üçü zorlamada şübhəli biliniblər.

Əvvəlcə bu barədə The Closer məlumat yaymışdı. Məlumata görə, 24 yaşlı qız iddia edir ki, hər 3 şəxs qrup şəklində onu zorlayıb. Hadisə yanvarın 15-də, oteldə baş verib.

2018-ci ilin avqustunda Kris Braun qrup zorlamada iştirak etdiyinə görə gözaltına alınmışdı. Bundan öncə isə məşhur müğənni Rihannanı döydüyünə görə cəzalandırılmışdı.

Xatırladaq ki, Kriz Braun 2016-cı ildə Formula 1 Avropa Qran Prisi çərçivəsində Bakıda konsert verib.

Fəridə Abdulla
AzNews.az