Bu il Türkiyədə 141 film çəkiləcək

Bu məqsədlə 14 nəfərdən ibarət dəstəkləmə şurası yaradılıb.

Türkiyənin Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, bu il 141 filmin çəkilməsi üçün 5 milyon 526 min türk lirəsı ayıracaq.

Bu məqsədlə nazirlik tərəfindən film sahəsi üzrə püxtələşmiş 14 nəfərdən ibarət dəstəkləmə şurası yaradılıb.

Artıq 607 qısametrajlı, sənədli və cizgi film ssenarisi şura üzvlərinin müzakirəsinə verilib.

Şuradan bildirilib ki, bu il on bir cizgi filmin ekranlaşdırılmasına 270 min, 57 sənədli filmin ərsiyə gəlməsinə 4 milyon 284 min, 51 qısametrajlı filmin çəkilməsinə 737 min, 22 senari üzrə dialoqların hazırlabmasına isə 235 min türk lirəsi ayrılacaq.(AZƏRTAC)

AzNews.az