Biletlər keçən həftə 720-1440 lirə arasında dəyişən qiymətlərlə satışa çıxarılıb. Biletlər keçən həftə 720-1440 lirə arasında dəyişən qiymətlərlə satışa çıxarılıb.

Özcan Deniz 1 milyon dollara səhnəyə geri dönəcək

Biletlər keçən həftə 720-1440 lirə arasında dəyişən qiymətlərlə satışa çıxarılıb.

Dörd il aradan sonra təkrar səhnəyə çıxıb musiqi söyləyəcək Türkiyəli müğənni Özcan Denizin bu konsert üçün tam 1 milyon dollar alacağı iddia edildi.

AzNews.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, “Sabah” qəzetindən Bülent Cankurtun "4 il sonra ilk konserti İsraildə" başlıqlı yazısı belədir:

"Ən son Günayda səhnəyə çıxdığını xatırladığım Özcan Deniz dörd il aradan sonra təkrar səhnələrə dönür! Yalnız pərəstişkarları hələ sevinməsin. Məşhur sənətçi illər sonra ilk konsertini Türkiyədə deyil, İsrailin Tel-Əviv şəhərində verəcək!.

Baş rollarını Aslı Enver ilə oynadığı "İstanbullu gəlin" serialı ilə İsraildə çox sevilən Özcan Deniz 6 apreldə 20 nəfərlik orkestr ilə birlikdə Menora Mivtachim Arenada səhnəyə çıxacaq. Dörd ildir konsert təkliflərinə "yox" deyən Özcan Denizin İsraildən gələn təklifə 'hə" deməsinin səbəbini də öyrəndim. Müğənni bu konsert üçün tam 1 milyon dollar alacaqmış!

Hətta Denizin serialdakı həmkarı Aslı Enver də konsertə gedəcəkmiş və ona da 350 min dolar verəcəklərmiş.
Belə özəl konsertlər üçün sadəcə dünya starlarına verilən bu rəqəmləri eşidəndə təəccüblənmədim desəm yalan olar! Bu arada 10 min 383 yeri olan Menora Mivtachim Arenada Özcan Deniz konsertinin biletləri keçən həftə 720-1440 lirə arasında dəyişən qiymətlərlə satışa çıxarılıb və biletlər 6 saatın içində satılıb. Belə məlum olur ki, sənətçilərimiz artıq Mərkəzi Asiyada dünya ulduzları ilə yarışırlar”.

Səidə Nurməmmədli

AzNews.az