Mehriban Mustafayevanın dəfnindən görüntülər yayılıb. Mehriban Mustafayevanın dəfnindən görüntülər yayılıb.

Qəzada ölən azərbaycanlı müğənninin anasından ürək dağlayan sözlər - VİDEO

Mehriban Mustafayevanın dəfnindən görüntülər yayılıb.

Ötən həftə yol qəzasında dünyasını dəyişən azərbaycanlı müğənni Mehriban Mustafayevanın dəfnindən görüntülər yayılıb.

AzNews.az xəbər verir ki, ARB TV-də yayımlanan "Səhər-səhər" verilişinin çəkiliş komandası dəfn mərasimində iştirak edib. Görüntülər isə sözügedən verilişdə yayımlanıb.

Mehriban Mustafayevanın anası jurnalistlərə "Qohumlara dedim ki, balam atasının yanına gedir, ona atasının yanında yer verin" deyib.

Qeyd edək ki, hadisə ötən həftə Zaqatala-Qax avtomobil yolunun rayonun Qum kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "VAZ-21015" markalı avtomobil yoldan çıxaraq ağaca çırpılıb. Nəticədə avtomobildə olan sərnişin - 1980-ci il təvəllüdlü Mehriban Natiq qızı Mustafayeva hadisə yerində ölüb.

Sürücü, 1979-cu il təvəllüdlü Polad Mahmud oğlu Məmmədov və digər iki sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri ilə Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Mərhum M.Mustafayeva uzun illərdir şimal-qərb bölgəsində müğənni kimi fəaliyyət göstərib.

Aynur

AzNews.az