Belə ittihamlar həmişə əlacsızlıqdan irəli gəlib. Belə ittihamlar həmişə əlacsızlıqdan irəli gəlib.

Faiq Ağayev: Flora Kərimova sənətimə irad tuta bilmədi, qaşıma söz atdı - VİDEO

Belə ittihamlar həmişə əlacsızlıqdan irəli gəlib.

Xalq artisti Faiq Ağayev “Əyrixətt” adlı “Youtube” layihəsinin qonağı olub.

AzNews.az xəbər verir ki, məşhur müğənni proqramda maraqlı məqamlar barədə fikir söyləyib.

O, xalq artisti Flora Kərimovanın onu “gey”, qaşını alan biri kimi qələmə verməsinə münasibət bildirib:

“Bu köhnə üsuldur. Aşığın sözü qurtaranda “dalay-dalay” deyir. Flora Kərimova kimi yüksək bir sənət peşəkarı mənim sənətimə irad tuta bilərdi. Bu da mənim üçün böyük təhlükə olardı. Sənətdən heç nə tapmadı, qaşıma söz atdı. Flora Kərimova ictimai məsuliyyəti olan bir qadındır. O, sırf populizmlə məşğuldur.

Deyirlər ki, kişi ağlamaz. Niyə? Kişi böyük faciədən təsirlənib ağlaya bilər. Və yaxud “qızını döyməyən dizini döyər“ kimi heyvani hisslərin üzərindən qurulmuş ittihamlar həmişə əlacsızlıqdan irəli gəlib. Savadı olmayan, öz daxili dünyasını çərçivədən çıxarmayanlara belə ittihamlar lazımdır. Sən rəqibini vura bilmirsənsə, bu üsula əl atacaqsan. Flora Kərimovanın arqumenti yoxdu deyə, düşünüb ki, 70 yaşı var, hər kəs ona inanacaq. Bu səbəbdən belə deyib”. (Qafqazinfo.az)

AzNews.az