"Vətən uğrunda hər şey etməliyik". "Vətən uğrunda hər şey etməliyik".

Albert haqda klip çəkildi: Azərbaycan torpaqları uğrunda sona qədər vuruşdu - VİDEO

"Vətən uğrunda hər şey etməliyik".

Bir neçə gün öncə Azərbaycanlı müğənni Dua Murad Milli Qəhrəmanımız Albert Aqarunov haqqında klip çəkərək gündəmə gəlib.

AzNews.az müğənni Dua Muradla müsahibəni təqdim edir.

- Bir az özünüz haqqında məlumat verin.

- Mən Dua Murad musiqi ilə 5 yaşımdan məşğulam. Bülbül adına orta ixtisas məktəbini bitirmişəm, daha sonra Bakı Musiqi Akademiyasına daxil olmuşam. Hal-hazırda Cövdət Hacıyev adına müsiqi məktəbində pedaqoji fəaliyyətlə məşğulam.

- Albert Aqarunov haqqında klip çəkmisiniz. Nəyə görə məhz onu seçibsiniz?

- Mən bu klipi Albertin timsalında çəkmək istədim. Çünki, o yəhudi əsilli ola-ola Azərbaycan torpaqları uğrunda sona qədər vuruşdu. Müharibə dövründə Azərbaycanda yaşayan başqa millətlərin nümayəndələrinin demək olar hamısı öz vətənlərinə geri döndü, amma Albert getmədi. Mən bu kliplə demək istədim ki, vətən uğrunda hər şey etməliyik.

- Klipin çəkilməyində kimin sizə köməyi oldu?

- Klipin ərsəyə gəlməsində bizə Albert Aqarunovun qardaşı Rantik Aqarunov, Müdafiə Nazirliyi çox kömək göstərib. Müdafiə Nazirliyi hərbi hissələrdən birində bizim çəkiliş etməyimiz üçün şərait yaratdı, tankları çəkilişdə iştirak etmək üçün cəlb etdi. Rantik Aqarunov klipdə bizə çox dəstək oldu. Maddi dəstəyə gəldikdə isə bunların hər birini öz hesabımıza etdik. Yəni atam maddi dəstək oldu mənə. O həmişə mənə həm mənəvi, həm də maddi dəstəkdir.

- Klip izləyicilər, ümumiyyətlə insanlar tərəfindən necə qarşılandı?

- Çox müsbət geri dönüşlər aldım. İstər Azərbaycan, istərsə İsraildən. İsrail Diaspor Təşkilatından mənə təşəkkür gəldi. Amma əslində bu, mənim borcumdur, onların verdikləri bu dəyər mənim üçün çox xoşdur. Yenə deyirəm, mən bunu bir incəsənət adamı olaraq özümə borc bilirəm. Əlimdən gələn bu idi, kimsə hisslərini şeirlərdə, filmlərdə bildirir, mən isə musiqimdə bildirdim. Azərbaycanda, o cümlədən İsrail mediasında bir çox saytlar bu klipi paylaşdı, dəstək oldu.

Nigar CƏFƏR

AzNews.az