"Cəzasız qalmamalıdırlar" "Cəzasız qalmamalıdırlar"

“Anam oğurlanan pul ilə məscid tikdirəcəkdi...” – Mahsun Kırmızıgül

"Cəzasız qalmamalıdırlar"

Türkiyəli məşhur müğənni Mahsun Kırmızıgül və həyat yoldaşı 14 Fevral Sevgililər günündə kameralara yaxalanıblar.

AzNews.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Sevgililər günü həyat yoldaşı Ece Binayla məşhur komediya ustası Ata Dermirerin tamaşasını izləməyə gələn Mahsun Kırmızıgül müxbirlərin suallarını cavablandırıb.

Bir müddət əvvəl anasının yığdığı pulun oğurlanması barədə suallara Mahsun “Anam 30 ildir xəyalında olan məscidi tikdirmək üçün pul yığmışdı. Bəzi insanlar deyir niyə o qədər pulu evdə saxlayırdınız? İnanın, bilmirəm. Anamdan dəfələrlə soruşmuşdum, əgər pulun varsa, banka qoyaq. Amma faiz məsələlərindən dolayı istəmirdi, deyirdi yığdığım pul yoxdur. Mən həmin şəxslərin cəza almağını istəyirəm. Oğurluq ən böyük cinayətlərdən biridir. Cəzasız qalmamalıdırlar”, cavabını verib.

Nigar CƏFƏR
AzNews.az