"Onun yanında olmağı özümə borc bildim" "Onun yanında olmağı özümə borc bildim"

Könül Xasıyeva qınağa tuş gəldi: "Atasının 40-ı çıxmamış..."

"Onun yanında olmağı özümə borc bildim"

Xalq artisti Könül Xasıyeva ictimai qınağa tuş gəlib.

AzNews.az xəbər verir ki, fevralın 18-də Bakıdakı restoranların birində müğənni Mətanət Əsədovanın ad günü olub. Mərasimdə iştirak edənlər arasında muğam ifaçısı Könül Xasıyeva da olub:

“6 aydır Şəkidə idim. Atam bir müddətdir xəstə yatırdı, onu itirdik. 40 mərasimi yaxın günlərdə olacaq. Ancaq eşitdim ki, Mətanətin ad günüdür. Onun yanında olmağı özümə borc bildim. Çünki Mətanət həmişə mənim yanımda olub".

Qeyd edək ki, xalq artisti Könül Xasıyevanın atası yanvar ayında dünyasını dəyişib.

Bahar RÜSTƏMLİ
AzNews.az