"Məni xəstəxanaya getməyə qoymadı". "Məni xəstəxanaya getməyə qoymadı".

Xalq artistinin həyat yoldaşı: Mənim yanımda can verməyə qorxurdu - VİDEO

"Məni xəstəxanaya getməyə qoymadı".

ARB TV-nin “Bu qədər” proqramında bu dəfə mərhum xalq artisti Kamil Vəzirovun həyatından danışılıb.

AzNews.az xəbər verir ki, artistin həyat yoldaşı, övladları və sənət dostları onunla bağlı xatirələrini söyləyiblər:

Lətifə Vəzirova – Həyat yoldaşı: “Qohum idik. Bir-birimizin evinə gedib, gəlirdik. Bu müddət ərzində bir-birimizi istəmişik. Evlənəndən sonra da ona məhəbbətim çox olub. Onu çox sevmişəm, ona gərə də onu itirmək mənimçün ağırdır. Zeynəb Xanlarovanın “Dünyanın xoşbəxti mənəm dünyada” mahnısında deyildiyi kimi, bax, mən elə bir qadın olmuşam. Mənim yanımda can verməyə qorxurdu, bilirdi ki, onu ölməyə qoymaram. Məni qoymadı, xəstəxanaya getməyə, dedi, mən səhər gələcəm evə, sən gəlmə. Amma gəlmədi”.

Aytac Həsənova – Qızı: “Yaradıcı insanın həyatı nağıla bənzəyir. O, bizə nağıl kimi həyat bəxş edib. Səhhətindən heç vaxt şikayətlənmirdi, halı pisləşən anda da deyirdi ki, yaxşıyam. Hər şey bir anın içində oldu”.

Gülyanaq Məmmədova – Tələbəsi: “Böyük-kiçik rəftarını bilən biri idi. Deyib, gülməyi sevirdi. Amma işdə məsuliyyətin onun üçün öz yeri var idi. O, musiqiçi idi, hər alətdə gözəl ifa edirdi”.

Rəşad Vəzirov – Oğlu: “Qarmonu əlindən qoymurdu. Musiqidən yorulmurdu, bunu dilinə gətirmirdi. Atam evdə tapılmırdı. Üzünü aylarla görmürdük. Qastrollarda olurdu. Onu yaşadan sənəti idi. Xəstəxanada müainədən keçəndə gülə-gülə həkimin əlini sıxıb və gözlərim qaralır deyib”.

AzNews.az