"Məndə nə yalan, nə də yaltaqlıq yoxdur". "Məndə nə yalan, nə də yaltaqlıq yoxdur".

Afət Fərmanqızı Damlanın "intim video"sundan danışıb iç üzlərini açdı - VİDEO

"Məndə nə yalan, nə də yaltaqlıq yoxdur".

Müğənnilər ötən gün intim videosu yayıldığı iddia edilən Damlanın müdafiəsinə qalxıblar.

AzNews.az xəbər verir ki, məşhurlar həmkarlarına qarşı olan bu qarayaxma kampaniyasına kəskin şəkildə etiraz ediblər. Onlar kadrlardakı qadının Damla olmadığını və bu cür hərəkətlərin insanlığa yaraşmadığını bildiriblər. Məsələyə kəsin reaksiya verənlərdən biri də Afət Fərmanqızı olub. O, hətta Damla haqqında mənfi fikir bildirən insanlarla üz-üzə gəldiyini də qeyd edib. O, bu açıqlaması ilə bəzi müğənnilərin iç üzünü açıb.

"Dostlar sosial şəbəkədə yayılan kadrlara mən də biganə qalmadım. Məni izləyən və sevən dostlarımı əmin edirəm ki, kadrlardakı Damla xanım deyil. Məni tanıyırsınız. Məndə nə yalan, nə də yaltaqlıq yoxdur. Bir dəfə oturmuşduq, bu xanım haqqında bəzi sənət yoldaşlarımızın necə nifrətlə danışdığının şahidi oldum. Özümü saxlaya bilmədim. Dedim ki, niyə belə danışırsınız. Çox gözəl xanımdır və gözəl də sənəti var. Bu gün anlayıram ki, həmin sənətçilər mənim də haqqıma girirlər".

Qeyd edək ki, ötən gün mediada Damlaya məxsus olduğu iddia edilən intim görüntülər yayılıb. Daha sonra müğənninin meneceri açıqlama verərək kadrlardakı qadının Damla olmadığını söyləyib.

Aynur

AzNews.az

image description image description image description image description image description