- Üçüncü sektor
- 23 Fevral 2019 23:27
- 1 478
Məşhur türkiyəli reperin Bakı konserti ləğv olundu
Türkiyənin “Çukur” serialında səsləndirilən “Heyecanı yok” adlı mahnının ifaçısı Anıl Acar (Gazapizm) bu gün Bakıda konsert proqramı ilə çıxış etməli olsa da, konsert baş tutmayıb.
Oxu.Az xəbər verir ki, məşhurun konserti təxirə salınıb.
Gazapizm bu haqda özünün “Instagram” səhifəsində yazıb:
“Türk Hava Yolları”nda yaranan texniki nasazlıqla bağlı uçuşumuz ləğv olunduğuna görə, Bakı konsertinə gələ bilmirik. Ən qısa zamanda yeni bir tarix təyin edib, konsertə gələcəyik”.
AzNews.az