Müğənni istirahət fotolarını izləyiciləri ilə bölüşüb. Müğənni istirahət fotolarını izləyiciləri ilə bölüşüb.

Ailə "dağıdan" Ayselin Türkiyədə istirahət - FOTOLARI

Müğənni istirahət fotolarını izləyiciləri ilə bölüşüb.

Müğənni Aysel Əlizadə ötən gün haqqında yayılan evli kişi ilə eşq yaşaması xəbərinə heç bir reaksiya verməyib.

AzNews.az xəbər verir ki, hazırda Türkiyədə istirahətdə olan Aysel fotolarını izləyiciləri ilə bölüşüb. O, İnstagram hesabında baş verənlərlə bağlı yalnız "Allaha həvalə edirəm" deyib.

Qeyd edək ki, ötən gün "Səni axtarıram" verilişinə gələn qadın ərinin onu Aysel Əlizadəyə görə tərk etdiyini bildirib.

Qadın ailəsinin dağıldığını, uşaqlarından birini həyat yoldaşının əlindən aldığını bildirib. Məhkəmə uşağın anaya qaytarılması ilə bağlı qərar çıxarsa da, qadın yoldaşından övladını ala bilmədiyini qeyd edib:

"Həyat yoldaşımın 47, Ayselin də 24 yaşı var. Aysel evimə yoldaşımla birlikdə gəlib gedirdi. Özünü ev sahibi kimi aparırdı. Qızımla da danışırdı. Hətta yoldaşımın telefonundan qızıma səsli mesaj da göndərirdi. Yoldaşım maşın alveri ilə məşğuldur. Avtosalonu var. Ayselə Porşeni də ərim alıb. Onu yoldaşım özü də etiraf edir. Hamı bunu bilir. Hətta saytlar da bu haqda yazdı ki, 150 minlik maşın hədiyyə edib. Amma mən evdar qadın olmuşam. Həyat yoldaşımın adı Elçindir. Aysel evimizdə şəkil çəkdirib və öz evi kimi İnstagrama qoyub. Onun bir ağ pişiyi var. Qızımın qucağında ağ pişiyi ilə çəkdiyi şəkili də İnstagrama qoyub. Bizdə ev 10-cu mərtəbədədir. Bir gün qızlarım - Mədinə və Zeynəb yanıma gəldilər ki, Aysel bizdədir".

Aynur

AzNews.az

image description image description image description image description image description image description image description