Özcan Deniz və Aslı Enver İsraildə iki konsertdə iştirak edəcəkmiş. Özcan Deniz və Aslı Enver İsraildə iki konsertdə iştirak edəcəkmiş.

Məşhurlar ölümlə hədələndi

Özcan Deniz və Aslı Enver İsraildə iki konsertdə iştirak edəcəkmiş.

Türkiyə kinosunun tanınmış aktrisası Aslı Enver və müğənni Özcan Deniz ölümlə hədələnib.

AzNews.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Türkiyənin Star TV kanalında yayımlanan “İstanbullu gelin” serialında ailəli cütlüyü canlandıran Özcan Deniz və Aslı Enver İsraildə iki konsertdə iştirak etməyi planlaşdırırdı.

Hər iki məşhur yaxın günlərdə ailələri və özləri ölümlə hədələndiyi üçün səfərlərini təxirə salmağa məcbur olub.

Qeyd edək ki, konsertə bir gün içində 22 min bilet satılıb.

Nigar CƏFƏR

AzNews.az