Türkiyənin tanınmış aktyoru vəfat etdi

58 yaşlı aktyor ürək tutmasından ölüb.

Türkiyəli aktyor Levent Beceren vəfat edib.

AzNews.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, 58 yaşlı aktyorun ölümünə səbəb ürək tutması olub.

Levent Beceren “Ekmek teknesi”, “Benim annem bir melek”, “Kurtlar vadisi” kimi seriallarda rol alıb.

Nigar CƏFƏR

AzNews.az