“Bizim toyumuz yayda olacaq, hələ işlərimiz var”. “Bizim toyumuz yayda olacaq, hələ işlərimiz var”.

Nurgül Yeşilçay oğlundan evlilik icazəsini aldı

“Bizim toyumuz yayda olacaq, hələ işlərimiz var”.

Türkiyəli aktrisa Nurgül Yeşilçay sevgilisi Necati Kocabay ilə birlikdə bir restoranda görüntülənib.

AzNews.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, baş-başa axşam yeməyi yeyən sevgililər çıxışda kameralara “xoşbəxtlik pozası” verib.

Yaz ayında evlənəcəkləri xəbərlərinə Nurgül Yeşilçay “Bizim toyumuz yayda olacaq, hələ işlərimiz var” deyib.

Əvvəlki əri Cem Özerdən olan oğlu Osman Nejat ilə sevgilisinin yaxşı anlaşdığını deyən aktrisa müxbirlərin “Evlənmə qərarınızı necə qarşıladı?” sualına bu cavabı verib:

“Onlar tanış oldular və indi də çox yaxşı anlaşırlar. Oğlum münasibətimizə heç nə demir. Birlikdə oyun oynayırlar, bir-birlərini çox sevirlər”.

Səidə Vahid

AzNews.az

image description