Film “CJ Entertainment Turkey” tərəfindən təqdim olunacaq. Film “CJ Entertainment Turkey” tərəfindən təqdim olunacaq.

“Recep İvedik 6” filminin ekrana çıxmasının tarixi bəlli oldu

Film “CJ Entertainment Turkey” tərəfindən təqdim olunacaq.

Türk kino tarixinin ən çox baxılan filmi olan “Recep İvedik”in 6-cı filminin ekrana çıxmasının tarixi bəlli olub.

AzNews.az bildirir ki, “CJ Entertainment Turkey” tərəfindən təqdim olunacaq film 6-8 noyabrdan etibarən kinoteatrlarda göstəriləcək.

Qeyd edək ki, “Recep İvedik” filminin ilk 2 seriyası 4 milyondan çox, 3-cü seriyası 3 milyon, 4 və 5-ci seriyaları isə 7 milyondan çox insan tərəfindən izlənilib.

Cavidan Mirzəzadə

AzNews.az