Türkiyəli müğənni Bülənt Serttaş qardaşı barədə polisə şikayət ərizəsi yazıb. Türkiyəli müğənni Bülənt Serttaş qardaşı barədə polisə şikayət ərizəsi yazıb.

Müğənni qardaşını polisə verdi

Türkiyəli müğənni Bülənt Serttaş qardaşı barədə polisə şikayət ərizəsi yazıb.

Türkiyə mətbuatı xəbər verir ki, müğənninin 10 ildir görüşmədiyi qardaşı Ahmet Serttaş canlı yayıma çıxaraq onu şantaj edib. Bildirib ki, qardaşı illər əvvəl ona ev, maşın alacağını vəd etsə də, buna əməl etməyib.

"Mənim pul-parada gözüm yoxdur. Mənə ev, maşın alıb, restoran açacaqdın. Bülənt, vədlərini yerinə yetir. Yoxsa yenə canlı efirə çıxıb əlimdəki “bomba”nı partladacam. Bir söz vermisən və buna əməl et" – deyə Ahmet söyləyib. Bu hadisədən sonra Bülənt polisə şikayət edərək qardaşının onu şantaj etdiyini bildirib və qorunmasını tələb edib.(qafqazinfo.az)

AzNews.az