Qatar və Özbəkistanın inşaat firmalarından təklif gəlib Qatar və Özbəkistanın inşaat firmalarından təklif gəlib

Fahriye Evcen və Burak Özçivitin uşaqları milyoner oldu

Qatar və Özbəkistanın inşaat firmalarından təklif gəlib

Türkiyəli məşhur aktrisa Fahriye Evcen və aktyor Burak Özçivitin dünən İstanbul şəhərində oğulları dünyaya gəlib.

AzNews.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Fahriye və Burak cütlüyü yeni dünyaya gələn oğulları Karanın şəkilləri üçün Qatar və Özbəkistanın inşaat firmalarından təklif alıb.

Belə ki, cütlük razılıq versə, onların ailəvi şəkilləri çəkiləcək və şəhərin bütün divarlarından asılacaq. Bunun üçün şirkətlər cütlüyə 2 milyon lirə təklif ediblər.

Cütlük bu haqda bir az düşünəcəklərini və qərarlarını uşaqlarının qırxından sonra verəcəklərini bildiriblər.

Nigar CƏFƏR

AzNews.az