Məclislərdə o qədər lazımsız şeylərlə qarşılaşmışam Məclislərdə o qədər lazımsız şeylərlə qarşılaşmışam

Çıxışımın ən pik vaxtında mikrofonumu əlimdən aldılar - Namiq Qaraçuxurlu

Məclislərdə o qədər lazımsız şeylərlə qarşılaşmışam

Məşhur meyxanaçı Namiq Qaraçuxurlu AzNews.az-a müsahibə verib.

- Namiq bəy, bir müddət əvvəl ayağınızdan əməliyyat oldunuz. Növbəti dəfə də əməliyyata hazırlaşdığınızı demisiniz.

- Bəli, inşallah mayın əvvəlində ikinci dəfə əməliyyata gedirəm. Ayağımda dəmirlər qalıb. Əməliyyatdan sonra iki həftə əsa ilə gəzəcəm.

- Yaxın günlərdə Rüfət Axundovun “Space”də, Röya Ayxanın “Zaurla günaydın” verilişində qeyri-etik söz işlətməsi səs-küyə səbəb oldu. Bu haqda nə deyə bilərsiniz?

- Müğənni də insandır. Bu hal adi insanlarda da olur.

- Müğənni Nura Suri məclislərin birində Rəşad İlyasovun köməkçisi tərəfindən mahnısının kəsilməsini açıqlamışdı. Bu kimi halları siz də yaşamısınız?

- İllər öncə yaşadım. Çıxış zamanı səsimi kəsiblər, amma həmin an o dərəcədə də hiss etməmişdim. Məclislərdə o qədər lazımsız şeylərlə qarşılaşmışam ki. Ən yaxşı variantda çıxışımın ən pik vaxtında mikrofonumu əlimdən alıblar.

- Meyxanalarda qeyri-etik sözlərin işlənməsinə münasibətiniz necədir?

- Əldə etdiyim məlumata görə, meyxana deyənlərə müəyyən qurumlar tərəfindən xəbərdarlıq edilib. Mən bu haqda dəfələrlə danışmışam. Amma təəssüf olsun ki, bu, bəzilərini qıcıqlandırıb, bəziləri isə başqa cür qəbul ediblər. Çalışaq ki, belə şeylər olmasın.

Meyxana yalnız kitab sözlərindən ibarət ola bilməz. İçində vulqar sözlər də var. Mən əvvəl meyxanada kiçik etikadan kənar sözlər də demişəm. Amma sonra özümü yığışdırmışam. İnsanlar var ki, bu, onların xoşlarına gəlir. Amma zaman gələcək peşman olacaqlar.

Rəqsanə

AzNews.az

image description image description image description