Təzminat ödənilməsə, villası satılacaq Təzminat ödənilməsə, villası satılacaq

Müğənni cütlük arasında qalmaqal böyüyür

Təzminat ödənilməsə, villası satılacaq

Türkiyənin məşhur müğənniləri - Yavuz Bingöl və keçmiş həyat yoldaşı Öykü Gürman arasında qalmaqal böyüyüb.

AzNews.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, 2015-ci ildə evlənən cütlük 8 ay sonra boşanıb. Məhkəmə Yavuz Bingölün Öykü Gürmana 100 min lirə maddi, 100 min lirə mənəvi təzminat ödəməsini tələb edib.

Boşanmaqlarından 3 il keçsə də, Yavuz Bingöl təzminatı ödəməyib.

Öykü Gürmanın vəkili məhkəməyə yenidən müraciət edərək, təzminatın ödənilməsini tələb edib. Vəkil təzminatın ödənmədiyi təqdirdə Yavuz Bingölün 3 milyon lirəlik villasının satılmasını tələb edib.

Öykü Gürman hal-hazırda “Sen Anlat Karadeniz” serialında Asiye obrazını canlandırıb.

Nigar CƏFƏR

AzNews.az